Papanın oktyabr ayı üçün dua niyyəti: “Dinlər arasında əməkdaşlıq"
Debora Kastellano Lubov tərəfindən
XIV Leo, Papanın Ümumdünya Dua Şəbəkəsi vasitəsilə yayılan video-müraciətində bütün Katolik Kilsəsini “dinlərarası əməkdaşlıq” niyyəti üçün dua etməyə çağırıb. Video-müraciət, müxtəlif dini ənənələrə mənsub olan insanların sülhü, ədaləti və insan qardaşlığını qorumaq və təşviq etmək üçün birlikdə çalışması naminə duaya qoşulmağa dəvət ilə başlanır.
“Ya Rəbb İsa,” Papanın duası belə başlayır, “Sən müxtəliflikdə bir Olansan və hər bir insana məhəbbətlə baxansan. Bizə kömək et ki, bir-birimizi birlikdə yaşamağa, dua etməyə, işləməyə və xəyal qurmağa çağırılan qardaş və bacı kimi qəbul edək.
Papa, dünyanın “gözəlliklərlə dolu” olmasına baxmayaraq, “dərin parçalanmalarla yaralandığını” söyləyib və təəsüflə qeyd edib ki, “bəzən dinlər bizi birləşdirmək əvəzinə, qarşıdurma səbəbinə çevrilir”.
Buna görə də Papa Allaha yalvalır: “ürəklərimizi təmizləmək üçün bizə Ruhunu ver ki, bizi birləşdirən şeyləri dərk edək və dinləməyi, dağıtmadan əməkdaşlıq etməyi yenidən öyrənək”.
Müqəddəs Ata daha sonra dua etdi ki, dinlərdəki sülh, ədalət və qardaşlığın konkret nümunələri bizi fərqliliklərimizin fövqündə birlikdə yaşamağın və çalışmağın mümkün olduğuna inandırsın.
