VATICAN-RELIGION-POPE-MASS

Papa XIV Leo dünya liderlərini Qəzza sülh sazişinə dəstək olmağa çağırıb

Müqəddəs Peter meydanında keçirilmiş Messanın sonunda ənənəvi Rəbbin Mələyi müraciəti ilə çıxış edən Papa Leo, həm qəzzalıların “böyük əzablarını”, həm də bütün dünyada “antisemit nifrətin” artmasını pisləyib və İsrail-Həmas sülh razılaşmasının “mümkün qədər tez” bağlanacağına ümid etdiyini bildirib.

Cozef Tallok tərəfindən

Papa XIV Leo siyasi liderləri İsrail-Həmas arasında davam edən sülh danışıqlarına “dəstək olmağa” çağırıb. Papa razılaşmanın “mümkün qədər tez” yekunlaşacağına ümid etdiyini bildirib və ibadət üçün meydanda toplaşanları “ədalətli və davamlı sülh” üçün “duada bir olmağa” çağırıb.

Müqəddəs Peter Meydanında keçirilmiş Messanın sonunda etdiyi çıxışında Papa Qəzzada fələstinlilərin “böyük əzab” çəkməsindən “dərindən kədərləndiyini” bildirib və Beytlehemdən olan bir qrup zəvvarını salamlayıb.

O, həmçinin cümə axşamı İngiltərənin Mançester şəhərində sinaqoqa hücumu xatırladaraq, "dünyada antisemit nifrətinin artması" ilə bağlı narahatlığını dilə gətirib.

Papa Leo Messaya toplaşanları salamlayır
Papa Leo Messaya toplaşanları salamlayır   (@Vatican Media)

"Kilsə tamamilə missioner Kilsədir"

Missiyaların və Miqrantların Yubileyinə həsr edilmiş Müqəddəs Messanın sonunda etdiyi çıxışında Papa Leo, Peter Bazilikasının Meydanında toplaşan imanlılara və zəvvarlara, yağışa baxmayaraq ibadətdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

“Kilsə tamamilə missioner Kilsədir” deyən Papa Leo, “missioner və miqrant qardaş və bacılarımızın bunu bizə xatırlatdığını” qeyd etdi.

O əlavə edib ki, "heç kim köçkünlüyə məcbur edilməməli, əcnəbi və ya ehtiyac içincə olduğu üçün istismar edilməməli və ya pis rəftarla qarşılanmamalıdır! İnsan ləyaqəti həmişə birinci yerdə olmalıdır."

Papa həmçinin çərşənbə axşamı Filippində baş verən 6,9 bal gücündə zəlzələnin qurbanları üçün dua etdiyini bildirib.

"Əziz Filippin xalqına yaxınlığımı bildirirəm" deyən o, təhlükə ilə üzləşənləri "birlikdə qalmağa və  bir-birilərinə dəstək olmağa" çağırdı.

05 oktyabr 2025, 21:19

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >