2020.07.13 - Santa Sofia - Istanbul- Moschea - Basilica- Museo -Turchia

Papa Leo Türkiyə və Livana səfər edəcək

Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti Papanın xaricə ilk apostol səfərləri barədə məlumat yayıb. Beləliklə, Müqəddəs Ata, noyabrın 27-dən 30-dək Türkiyəyə, daha sonra isə dekabrın 2-də Livana səfər edəcək.

Vatican News tərəfindən 

Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni açıqlamasında bildirib ki, Papa həm Türkiyənin, həm də Livanın “dövlət başçılarının və Kilsə rəhbərliyinin dəvətini qəbul edib”.

Türkiyəyə səfər çərçivəsində, Papa XIV Leo, Birinci Nikeya Kilsə Məclisinin 1700 illiyi münasibətilə İzniki ziyarət edəcək. Livana səfərin proqramı isə daha sonra elan ediləcək.  

07 oktyabr 2025, 13:56