2026.05.06 Udienza Generale

Papa XIV Leonun ilk ensiklikası olan "Magnifica humanitas" mayın 25-də nəşr olunacaq

Papa XIV Leonun süni intellekt dövründə insan şəxsiyyətinin qorunmasına dair ilk ensiklikası – "Magnifica humanitas" mayın 25-də yayımlanacaq. Həmin gün Vatikanda Papanın və müxtəlif məruzəçilərin iştirakı ilə təqdimat tədbirinin keçirilməsi planlaşdırılır.

Vatican News tərəfindən

Papa XIV Leonun süni intellekt dövründə insan şəxsiyyətinin qorunmasına həsr olunmuş ilk Ensiklik Məktubu olan "Magnifica humanitas" 25 may 2026-cı il tarixində yayımlanacaq.

Sənəddə Papanın 15 may tarixli imzası yer alır ki, bu da Papa XIII Leonun "Rerum novarum" ensiklikasının nəşr edilməsinin 135-ci ildönümünə təsadüf edir.

"Magnifica humanitas" yayımlandığı gün saat 11:30-da Vatikanın Sinod Zalında təqdim olunacaq.

Tədbirdə Papa ilə yanaşı bir neçə məruzəçi, o cümlədən İman Doktrinası Dikasteriyasının Prefekti kardinal Viktor Manuel Fernandez, İnsanın Hərtərəfli İnkişafının Təşviqi Dikasteriyasının Prefekti kardinal Maykl Çerni (S.J.), ilahiyyatçı və Durham Universitetinin (Böyük Britaniya) professoru Anna Rulends, "Anthropic" (ABŞ) şirkətinin həmtəsisçisi və süni intellektin fəaliyyətinin aydınlığı üzrə tədqiqat rəhbəri Kristofer Ola, eləcə də Kaliforniyadakı (ABŞ) Yezuid İlahiyyat Məktəbi - Santa Klara Universitetinin siyasi ilahiyyat və Katolik sosial düşüncəsi üzrə professoru Leokadi Luşombo (I.T.) iştirak edəcək.

Dövlət Katibi Kardinal Pietro Parolin yekun nitqi ilə çıxış edəcək, ardınca isə Papa XIV Leonun müraciəti və xeyir-duası olacaq.

19 may 2026, 12:12