Papa Leo: Mən həmişə belə cavab vermişəm: Ya Rəbb, mənim deyil, Sənin iradən olsun
Vatican News tərəfindən
Bazar günü axşam Müqəddəs Paul Bazilikasında keçirilən “XXI əsrdə İmanın Şəhidləri və Şahidlərinin Anım mərasiminin” ardınca Papa XIV Leo Kardinallar və həmin mərasimdə iştirak edən digər dini liderlərlə birlikdə öz 70 illik yubileyini sadə bir toplantı və Papa üçün hazırlanan ad günü tortu ilə qeyd etdi.
Kardinallar Kollegiyasının dekanı Kardinal Coanni Battista Reyə təşəkkür edən Papa, öz ad gününün Müqəddəs Çarmıxın Ucaldılması bayramına təsadüf etməsinə diqqət çəkərək dedi: «Çağırışımın başlanğıcından etibarən mən həmişə belə cavab vermişəm: “Mənim deyil, Sənin iradən olsun, ya Rəbb.”»
Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti tərəfindən yayılan açıqlamaya görə, Papa edir ki, «bu Yubiley İlində imanlıların şövqü İncilin təbliği missiyası üçün bəhrə verəcək» və əlavə etdi ki, «bu günü ekümenik xarakterlə qeyd etməkdən məmnunam» — hamını «vəhdətin, xeyirxahlığın və ümidin şahidləri» olaraq birlikdə davam etməyə çağırdı.
Qısa bir tost, tortun kəsilməsi və iştirakçıların “Happy Birthday” oxumasından sonra Papa Leo Bazilikanı tərk etdi. Çölə çıxarkən izdihamı salamladı və daha sonra Vatikana qayıtdı.
