Papa XIV Leo Azərbaycanın Birinci vitse-prezidentini qəbul edib
Vatican News
Bu gün, oktyabrın 17-də səhər Roma Papası XIV Leo Azərbaycan respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Apostol Sarayında qəbul edib.
Xanım Birinci vitse-prezident daha sonra Dövlət Katibi kardinal Pietro Parolin ilə görüşüb.
Dövlət Katibliyində keçirilən səmimi müzakirələr zamanı hər iki tərəf mövcud yaxşı ikitərəfli münasibətlərin, xüsusilə mədəni əməkdaşlıq sahəsində inkişafından və möhkəmlənməsindən məmnunluq ifadə edib, Katolik Kilsəsinin ölkədəki fəaliyyətini yüksək qiymətləndiriblər. Eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlərə, xüsusilə Cənubi Qafqazda ədalətli və davamlı sülhün zərurətinə diqqət yetirilib.
AZƏTAC Agentliyinin verdiyi məlumata görə, Roma Papası XIV Leo-ya qəbula görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında münasibətlərin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident Heydər Əliyev Fondunun dini-tarixi abidələrin bərpası, elmi araşdırmalar, mədəni mübadilə sahəsində Müqəddəs Taxt-Tacla bir çox birgə layihələrin uğurla icra edildiyini diqqətə çatdırıb. Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tacla əməkdaşlığını genişləndirəcəyini deyib.
