Axtar

2025.09.10 Esortazione apostolica Dilexi Te

Papa Leo: İmanı yoxsullara olan sevgidən ayırmaq olmaz

Papa XIV Leo-nun “Dilexi te” - “Mənim səni sevdiyimi bilsinlər” (Vəhy 3,9) adlı ilk apostol nəsihəti nəşr olundu. “Dilexit te” - kasıblara məhəbbətdə təcəssüm olunmuş, xəstələrə qayğı, köləliklə mübarizə, qadınları zorakılıqdan qorumaqda, təhsil hüququnu təşviq etməkdə, miqrantları müşayiət etməkdə, sədəqə verməkdə və bərabərlikdə ifadə olunan Məsihin məhəbbəti haqqındadır.

XIV Leo yazır: “Rəbbə məhəbbət kasıblara məhəbbətdən ayrılmazdır”. İsa deyir: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”. Beləliklə, burada biz “xeyriyyə üfüqü” ilə deyil, Vəhy üfüqü ilə qarşılaşırıq, çünki güc və böyüklükdən məhrum olanlarla ünsiyyət tarixin Rəbbi ilə qarşılaşmağın əsas yolud

Papa təəsüflə qeyd edir ki, hətta xristianlar da dünyəvi yanaşmalara, ideologiyalara, yanlış siyasi və iqtisadi baxışlara “yoluxmaq” riski daşıyırlar. Kasıblara yardım haqqında eşidənlərin bəzən hiss etdikləri narahatlıq, sanki bu yardım Allaha sevgidən və ibadətdən yayındırır, bu sənədin aktuallığını nümayiş etdirir.  Papa Leo yazır: “Xeyriyyəçiliyə Kilsə missiyasının yanar özəyi kimi deyil, kimlərinsə qarayaxa ideyasına kimi xor baxılması və ya onun ələ salınması məni o fikrə gətirir ki, biz İncili dünyəvi təfəkkürlə əvəzləmək riskindən qaçmaq üçün, onu daima yenidən oxumalıyıq.”

Papanın nəsihətində Bibliyadan olan sitatlar və Kilsə Atalarının təfsirləri  vasitəsilə bir xatırlatma səslənir: yoxsullara məhəbbət “istəyə bağlı yol” deyil, “həqiqi ibadətin meyarı”dır. Müq. İoann Xrizostomun və müq. Avqustinin sözləri bu gün də Kilsə üçün tərbiyəedici olaraq qalır: birincisi bizi yoxsulların cismində Məsihi izzətləndirməyə dəvət edir və Məsih kilsələrin qarşısında aclıqdan ölərkən qızıl kasalarla dolu qurbangahların mənası nədir sualına cavab axtarır.  İkincisi yoxsulları “Rəbbin müqəddəs hüzuru” adlandırır və yoxsulların qayğısına qalmağı imanın səmimiyyətinin konkret sübutu kimi görür: “Kim Allahı sevdiyini söyləyib, ehtiyacı olanlara rəhm etmirsə -  yalançıdır”.  

Xristian mesajının mahiyyəti ilə bu əlaqəyə görə, “Dilexi te”-nin son bölməsi vəftiz edilmiş hər bir insanı ən zəifləri müdafiə etmək və onlara dair qayğı və məsuliyyəti təşfiq etmək üçün səy göstərməyə çağırır: “Allahın Xalqının bütün üzvləri, oyadan, məzəmmət edən və risk edən səsin eşidilməsinə imkan vermək vəzifəsini daşıyır.” Hətta “divanə” görünmək bahasına olsa belə. Bu həvari nəsihəti kilsə və sosial həyat üçün təsirli nəticələrlə doludur: mövcud maliyyə və iqtisadi sistem və onun "günahkar strukturları" qaçılmaz deyil və buna görə də yaxşılığın gücü ilə "zehniyyətdə dəyişiklik, eyni zamanda elm və texnologiyanın köməyi ilə, sosial transformasiya üçün təsirli siyasətin inkişafı ilə" fərqli, daha bərabər cəmiyyət təsəvvür etməyə və qurmağa başlamaq olar.

Papa XIV Leo-nun "Dilexi te" apostol nəsihətinin tam mətni (ingilis dilində) 

10 oktyabr 2025, 12:26