Axtar

Pope Leo XIV presides over Prayer Vigil and Rosary for Peace, at the Vatican

Papa – millətlərin başçılarına: Silahı tərk etməyə cəsarətiniz olsun!

Oktyabrın 11-də axşam Müqəddəs Peter meydanında sülh üçün dua mərasimi keçirilib. Dua mərasiminə Məryəm Ruhaniliyi Yubileyinin 30.000-dən çox iştirakçısı qatılıb. Bu münasibətlə Portuqaliyadan Məryəm Ananın Fatima heykəli heykəli gətirilmişdir.

Müqəddəs Rozariy duasına və Əqdəs Ənamlara səcdə ibadətinə başçılıq edən Papa XIV Leo, yer üzündə sülhün bərqərar olunması üçün dua etməyə çağırıb.  Müqəddəs Ata vurğulayıb ki, sülh  Allahın nemətidir və o, zəhmət və əzm tələb edir. Papa, Getsemani bağında Məsihin “Qılıncını yerinə qoy”  sözlərini xatırlad və bu sözlərin həm də “xalqların taleyini idarə edənlərə” ünvanlandığını söylədi.  Silahı tərk etmək rəşadət tələb edir, çünki sülh düşməni məğlub etməkdən deyil, ədalət və cəsarətli bağışlanma toxumlarını səpməkdən doğulur. Sülh, hədə-qorxuya deyil, qardaşlığa, ultimatumlara deyil,  dialoqa əsaslanır.  XIV Leo əlavə etdi ki, dünyanı tərksilah etməzdən əvvəl insan öz ürəyini tərksilah etməlidir, çünki daxili sülh olmadan onu başqalarına ötürmək mümkün deyil. "Heç bir fikir, iman və ya siyasət qətlə haqq qazandıra bilməz" deyə Müqəddəs Ata vurğulayıb.  

Məryəmi iman bələdçisi adlandıran Papa qeyd etdi ki, əsl “Məryəm ruhaniliyi” zahiri təzahürlərdən deyil, Müqəddəs Məryəmin insani və İncil fəzilətlərini təqlid etməkdən ibarətdir. XIV Leo Allahın Validəsinin İncildə yazılmış son sözlərindən sitat gətirdi: “O sizə nə desə, edin”. İsanın Anası həmişə həyatın mənası və sevincin mənbəyi olan Məsihə işarə edir. Müqəddəs Ata imanlıları tarixə kiçik və həssas insanların – dul qadının, yetimin, sürgün edilənin, qaçqın uşağın nəzərindən baxmağa çağırdı.

“Allah dünyaya məhəbbət gətirənlərə, düşməni məğlub etmək əvəzinə onunla sülhə üstünlük verənlərə sevinc bəxş edir. Cəsarətli olun, irəli gedin, ey ədalət və bağışlanma ilə gələcək sülhə şərait yaradanlar; həlim və israrlı olun, təslim olmayın. Sülh bir yoldur, Allah da bu yolu sizinlə gedir. Rəbb sülhü Onunla dostluq edənlər, qəlbində sülhü yaşadanlar vasitəsilə yaradır və yayır.”

İbadətin sonunda Papa Sülhün Mələkəsi  Məryəmə dua etdi ki, o, xristianlara yoxsulların və yer üzünün fəryadına qulaq asmağı, qardaşlığa və İncilin işığına xidmət etməyi, xudbinliyin zülmətini rədd edərək bəşəriyyətin həqiqi nuru olan Məsihin ardınca geyməyi öyrətsin.

13 oktyabr 2025, 10:00