Axtar

Sidneydə, Bondi Beach-də yəhudi bayramı zamanı baş verən atışmadan sonra Sidney Opera Evinin fasadına menorah proyeksiya olundu (REUTERS/Hollie Adams) Sidneydə, Bondi Beach-də yəhudi bayramı zamanı baş verən atışmadan sonra Sidney Opera Evinin fasadına menorah proyeksiya olundu (REUTERS/Hollie Adams)  (AFP or licensors)

Papa XIV Leo Avstraliyadakı hücumdan dərindən kədərləndiyini bildirib

Papa XIV Leo Avstraliyanın Sidney arxiyepiskopuna teleqram göndərərək, yəhudi icmasına qarşı törədilmiş və 14 dekabr tarixində 16 nəfərin həyatına son qoymuş hücumla bağlı başsağlığı verib və zərərçəkənlər üçün dua etdiyini çatdırıb.

Vatican News tərəfindən

Avstraliyanın Bondi Beach bölgəsində baş verən hücum xəbərini alandan sonra Papa XIV Leo, Dövlət Katibi kardinal Pietro Parolinin imzası ilə, Sidney arxiyepiskopu Entoni Fişerə teleqram ünvanlayıb.

Papa, Hanuka bayramını qeyd etmək üçün toplaşmış “yəhudi icmasının üzvlərinin” həyatını itirməsinə görə dərin kədərini ifadə edib.

Müqəddəs Ata bu “məntiqsiz zorakılıq aktından” zərər çəkən hər kəsə mənəvi yaxınlığını bildirib.

Atışma qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Bondi Pavilionunda anım şamları yandırırlıb (AFP və ya lisenziya sahibləri)

Papa XIV Leo həmçinin ümidini bildirib ki, “zorakılığa meyil edənlər tövbə edərək sülh yolunu seçəcəklər”.

Papa XIV Leo teleqramını vəfat edənləri Allaha əmanət edərək və “bütün Avstraliya xalqı üzərinə ilahi sülh və qüvvət nemətlərini” diləyərək tamamlayıb.

15 dekabr 2025, 15:38