Vatican General Audience

Papa XIV Leo: Fəryad - zəiflik əlaməti deyil, insanlığa xas olan bir hərəkətdir

Çərşənbə günü, Ümumi Audiensiyası zamanı Papa Leo vurğulayıb ki, İsanın çarmıxdakı fəryadı “sona qədər verilən sevginin son mərhələsidir”. Pontifik hər kəsi qəlbin hayqırtısını zəiflik kimi deyil, ən səmimi və son həddə çatmış dua kimi qəbul etməyə çağırıb.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 10 sentyabr 2025

Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. III. İsanın Pasxası. 6. Isanın Ölümü.  “İsa uca səslə qışqırıb son nəfəsini verdi.” (Mark 15, 37).

Əziz bacılar və qardaşlar,

Sabahınız xeyir, burada olduğunuz üçün təşəkkür edirəm: nə gözəl şahidlik!

Bu gün biz İsanın bu dünyadaki həyatının kulminasiya nöqtəsi - çarmıxda ölümü haqqında düşünəcəyik. İncillər iman işığında dərk edilməyə layiq olan çox qiymətli bir detala dəlalət edir. İsa çarmıxda öldüyü zaman səssiz qalmır.  O, sönməkdə olan bir işıq kimi yavaş-yavaş sönmür, əksinə, həyatdan fəryadla gedir: “İsa uca səslə qışqırıb son nəfəsini verdi” (Mark 15, 37). O fəryad hər şeyi ehtiva edir: ağrı, tərkedilmə, iman, qurban. Bu, yalnız qurban verilən bir bədənin səsi deyil, qurban verilən bir həyatın son əlamətidir.

İsanın fəryadından əvvəl insanın verə biləcəyi ən ürək parçalayan suallardan biri səslənir: “Ey Allahım, Allahım, niyə məni tərk etdin?” Bu, 22-ci Məzmurun ilk ayəsidir, lakin İsanın dilində onun xüsusi vi qüvvəsi var. Ata ilə həmişə sıx ünsiyyətdə olan Oğul indi sükutu, yoxluğu, uçurumu yaşayır. Bu, iman böhranı deyil, sona qədər verilən sevginin son mərhələsidir. İsanın fəryadı ümidsizlik deyil, səmimiyyət, həddi aşmış həqiqət, sükutda belə davam edən bir qüvəndir.

Bu zaman səma qaralır və məbədin pərdəsi cırılır (Mark 15, 33.38). Sanki yaradılışın özü də bu ağrıya şərik olub və eyni zamanda yeni bir şey kəşf edir. Allah artıq pərdə arxasında gizlənmir – Onun siması indi Çarmıxa Çəkilmişdə tam görünür. Məhz orada, bu əzilmiş insanda ən böyük sevgi üzə çıxır. Məhz orada biz kənarda durmayan, lakin ağrılarımıza sona qədər şərik olan Allahı tanıya bilərik.

Bütpərəst olan yüzbaşı bunu başa düşür. Bir nitq eşitdiyi üçün yox, İsanın məhz belə öldüyünü gördüyü üçün: "...doğrudan da, bu Adam Allahın Oğlu idi" (Mark 15, 39). Bu, İsanın ölümündən sonra ilk iman etirafıdır. Bu, küləklə sovrulmayan, qəlbə toxunan fəryadın meyvəsidir. Bəzən sözlə deyə bilmədiklərimizi səsimizlə ifadə edirik. Ürək dolu olanda hayqırır. Və bu heç də hər zaman zəiflik əlaməti deyil, insanlığa xas olan dərin bir hərəkət ola bilər.

Biz hayqırtı haqda nizamdan kənar, yatırılmalı bir şey kimi düşünməyə öyrəşmişik. İncil hayqıtrımıza böyük dəyər verir, onun bir çağırış, etiraz, istək, təslimiyyət ola biləcəyini xatırladır. O, hətta heç bir söz qalmayan zaman duanın son forması ola bilər. Fəryadında İsa Onda qalan hər şeyi verdi: bütün sevgisini, bütün ümidini.

Bəli, çünki fəryadda təslim olmayan bir ümid də var. İnsan hələ də kiminsə eşidə biləcəyinə inananda qışqırır. Ümidsizlikdən deyil, istəkdən qışqırır. İsa Ataya qarşı qışqırmır,  Ona fəryad edir. Hətta sükutda belə O, Atanın yaxın olduğuna əmin idi. Beləliklə, O, bizə göstərdi ki, ümidimiz hər şey itirmiş kimi göründüyü zaman belə fəryad edə bilər.

Beləliklə, hayqırtı ruhani bir hərəkətə çevrilir. Bu, dünyaya ağlaya-ağlaya gəldiyimiz zaman etdiyimiz ilk hərəkət deyil, həm də həyatda qalmağın bir yoludur. Biz həm əzab çəkəndə, həm də sevəndə və çağıranda ağlayırıq. Hayqırmaq bizim kim olduğumuzu, səssizlikdə yox olmaq istəmədiyimizi, hələ təklif edəcəklərimizin olduğunu söyləmək deməkdir.

Həyatda elə anlar olur ki, nəyisə daxilimizdə gizlətmək bizi yavaş-yavaş yeyir. İsa bizə fəryad etməkdən qorxmamağı öyrədir, nə qədər ki, bu fəryad səmimi, təvazökar və Ataya olan müraciətdir. Sevgidən yaranan bir fəryad heç vaxt boşa çıxmaz. Və Allaha ünvanlansa, heç vaxt diqqətdən kənarda qalmaz. Bu, sinizmə təslim olmamağın, başqa bir dünyanın mümkünlüyünə inanmağa davam etməyin yoludur.

Əziz qardaşlar və bacılar, gəlin bunu Rəbb İsadan öyrənək. Gəlin böyük sınaqlar vaxtı gələndə ümid fəryadını etməyi öyrənək. Zərər etmək üçün deyil, özümüzü etibar etmək üçün. Kiminsə üstünə qışqırmaq üçün deyil, ürəyimizi açmaq üçün. Əgər fəryadımız səmimidirsə, o, yeni bir işığın, yeni həyatın astanasına çevrilə bilər. Eynilə İsa ilə olduğu kimi: hər şey bitmiş kimi göründüyü anda, əslində qurtuluş başlayaqdı. Bəşəriyyətimizin əzab dolu fəryadı, əgər o, Allahın övladlarının inamı və azadlığı ilə təzahür edərsə, Məsihin səsi ilə birləşərək səsi bizim və ətrafımızdakılar üçün ümid mənbəyi ola bilər.

11 sentyabr 2025, 13:31

Ən son Audiensiyalar

Həmçinin oxuyun >